Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Yaponiya Xarici İşlər Nazirliyi Rusiya və Belarusa qarşı
sanksiyalar tətbiq olunan hüquqi və fiziki şəxslərin siyahısının
genişləndirildiyini açıqlayıb.

AzerTimes-ın
məlumatına görə, bundan əlavə, neft emalı avadanlıqlarının Rusiyaya
ixracı qadağa olunur.

Daha əvvəl dərc edilmiş siyahıya əlavə olaraq, Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov, prezident
administrasiyası rəhbərinin müavinləri Dmitri Kozak və Sergey
Kiriyenko, Çeçenistan rəhbəri Ramzan Kadırov, rusiyalı iş adamları
Əlişir Usmanov, Qennadi Timçenko, Arkadi və Boris Rotenberq
Yaponiya sanksiyalarına məruz qalıb.


“İnternet Araşdırmaları Agentliyi” və “Vaqner” Özəl Hərbi
Şirkəti də sanksiya siyahısına əlavə edilib.

Belarusun sanksiyalar siyahısı 12 fiziki və 10 hüquqi şəxslə
genişləndirilib.