Yaponiya Rusiyaya maşın ixracına da qadağa qoyur

Yaponiya Rusiyaya maşın ixracına da qadağa qoyur

Yaponiya hökuməti mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etməyi planlaşdırır.

AzerTimes bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qərar iyulda təsdiqlənəcək və avqustun əvvəlində qüvvəyə minəcək:

“Yaponiya hakimiyyəti Rusiyaya elektromobil və hibridlərin tədarükünü tamamilə qadağan etmək istəyir. 2022-ci ildə işlənmiş avtomobillər Yaponiyanın Rusiyaya əsas ixracı olub – onlar ümumi ixracın 26%-ni təşkil edib. Ötən il Rusiyaya təxminən 250 milyard yen (1,8 milyard dollar) dəyərində 200 minə yaxın işlənmiş avtomobil gətirilib. Sanksiyaların sərtləşdirilməsindən sonra ixrac kiçik avtomobillərlə məhdudlaşdırılacaq və onların pul ifadəsində dəyəri 100 milyard yenə (720 milyon dollar) düşəcək”.

Qeyd edək ki, sanksiyalar Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq tətbiq edilir.

Teqlər: