Yaponiya Rusiyaya bahalı avtomobillərin ixracını qadağan edəcək

Yaponiya aprelin 5-dən Rusiyaya lüks malların, o cümlədən
premium avtomobillərin və qiymətli daşların ixracına qadağa
qoyacaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə Yaponiyanın iqdisadiyyat, ticarə və
sənaye naziri Koiti Haqiuda bildirib.

“Hökumət Rusiyaya lüks malların, o cümlədən premium
avtomobillərin, qiymətli daşların və zinət əşyalarının ixracına
qadağa qoymaq qərarına gəlib. Qadağa aprelin 5-dən qüvvəyə minir”,
– deyə nazir bildirib. Elan edilən tədbirlərə aid olan malların tam
siyahısı hələ açıqlanmayıb.