Yaponiya Rusiyanın pulunu Ukraynaya göndərir

Yaponiya Rusiyanın pulunu Ukraynaya göndərir

Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətdən istifadə etməklə Ukraynaya təxminən 520 milyard yen (3,3 milyard dollar) ayırmaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə “Kyodo”agentliyi məlumat yayıb.

Bildirilir ki, Yaponiya hökuməti planın həyata keçirilməsi mexanizmləri üzərində işləyir.

Bu məbləğ G7 tərəfindən əvvəllər razılaşdırılmış ümumi yardımın təxminən 6%-ni təşkil edir. Yaponiya tərəfindən verilən vəsaitlər hərbi məqsədlər üçün istifadə edilməyəcək.

Teqlər: