Yaponiya növbəti dəfə Rusiyanı Kuril adalarının cənub hissəsini qanunsuz işğal etməkdə ittiham edib.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Şimal əraziləri Yaponiyanın suverenlik hüququna malik olduğu adalardır və onlar Yaponiyanın tarixi ərazisidir, lakin hazırda Rusiya tərəfindən qeyri-qanuni işğal olunub”, – məlumatda deyilir.
Eyni zamanda XİN bəyan edib ki, Tokio hələ də Rusiya ilə sülh müqaviləsi bağlamaq və bu ərazilərlə bağlı problemləri həll etmək istəyir.