Yaponiya rus diplomatı ölkədən çıxarır

Yaponiya rus diplomatı ölkədən çıxarır

Yaponiya hökuməti rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşri məlumat yayıb.

Məlumata görə, Rusiyanın Sapporodakı konsulluğunun bir əməkdaşı ölkədən çıxarılacaq. Müvafiq qərar artıq Yaponiya hökuməti tərəfindən rəsmən təsdiqlənib.

Rusiyalı diplomata oktyabrın 10-dək Yaponiyanı tərk etmək əmri verilib.

Qeyd edək ki, sentyabrın 26-da FTX Yaponiyanın Vladivostiokdakı konsulluğunun əməkdaşı Motoki Taçunorini saxlamışdı. Diplomat azad olunsa da, ondan ölkədən çıxmaq tələb olunmuşdu.

Teqlər: