Yaponiya Qran-prisinin qalibi bəlli oldu

Yaponiya Qran-prisinin qalibi bəlli oldu

Formula 1 üzrə Yaponiya Qran-prisinin qalibi bəlli olub.

AzerTimes xəbər verir ki, “Red Bull” komandasından Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

“Ferrari”dən Şarl Lekler finişə ikinci çatıb. “Red Bull”un digər pilotu Serxio Peres isə 3-cü yeri tutub.

Yarışın hazırkı lideri olan Ferstappen Suzuka trasındakı qələbəyə baxmayaraq, çempionluğu rəsmiləşdirə bilməyib. Buna Leklerin 2-ci yeri tutması səbəb olub.

Qeyd edək ki, mövsümün növbəti yarışı oktyabrın 23-də ABŞ-da olacaq.

Teqlər: