Yaponiya hakimiyyəti Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının birbaşa yarışlarla əlaqəsi olmayan rəsmi qonaqlarının sayını ikiqat azaltmaq ehtimalını nəzərdən keçirməyə başlayıb.
AzerTimes-ın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Olimpiya Oyunlarına 30 min idmançı, onların komanda üzvləri və xidmət heyəti də daxil olmaqla 90 min xarici qonağın gələcəyi gözlənilir.
Bildirilir ki, Yaponiya hakimiyyəti bu sayı ikiqat azaltmaq istəyir. Yaponiya koronavirusla əlaqədar artıq xarici azarkeşlərin girişinə qadağa qoyub.