Yaponiya NATO ilə danışıqlar aparır – Hayaşi

Yaponiya NATO ilə danışıqlar aparır – Hayaşi

Yaponiya NATO-nun Asiyada ilk ofisinin açılması üçün danışıqlar aparır.

AzerTimes xəbər verir ki, bunu Yaponiya xarici işlər naziri Yosimasa Hayaşi deyib.

“Rusiyanın Ukraynaya təcavüzü dünyanın sabitliyini zəiflətdi. Şərqi Avropada baş verənlər təkcə oradakı problemlə məhdudlaşmır və bu, Sakit okeandakı vəziyyətə birbaşa təsir edir. Buna görə də Şərqi Asiyada NATO ilə əməkdaşlığımız daha da vacib olur”, – nazir bildirib.

Teqlər: