Yaponiya 2023-cü maliyyə ilindən başlayaraq növbəti beşillik müdafiə proqramı çərçivəsində müdafiə xərclərini 40 trilyon yen (290 milyard dollar) səviyyəsində müəyyən etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Bildirilib ki, burada hökumətin məqsədi 2027-ci ilə qədər bu müdafiə xərclərinin, üstəgəl təhlükəsizlik tədqiqatları və inkişafı kimi əlaqəli xərclərin ölkənin ümumi daxili məhsulunun ən azı 2%-nə çatdırmaqdır.
Belə ki, 2022-ci maliyyə ili üçün ölkənin ilkin müdafiə büdcəsi ÜDM-in 0,96%-ni təşkil edib. Yaponiya iqtisadiyyatının indiki həcmində 2% ildə təxminən 11 trilyon yen təşkil edir.