Ukrayna-Rusiya böhranından bəri Yaponiya Kiyevi güclü və qəti şəkildə dəstəkləyib. O, bütün mümkün sanksiyaları tətbiq etdi və ən əsası, Cənubi Kuril adalarının Yaponiyanın suverenliyi altında olması ritorikasına qayıtdı.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Yaponiyadakı səfiri Sergey Korsunski deyib.
“Bu torpaqlar Rusiya tərəfindən işğal olunub. Rusiya dərhal sülh danışıqlarını dayandırdığını elan etdi, Yaponiyanı dost olmayan ölkələr siyahısına saldı. Hazırda balıqçılıqla bağlı baş verənlər Yaponiya üçün fəlakət deyil. Lakin bu, sadəcə olaraq siyasətin ardıcıllığını göstərən bir addımdır. Yaponiya iddia edirsə ki, bu onun əraziləri, onun suverenliyidir, niyə Rusiyaya öz ərazi sularında balıq tutmaq haqqını ödəməlidir? Rusiya bu suverenliyi tanımadığını iddia edirdi. Buna görə də o, Yaponiyaya orada balıq tutmağı qadağan etdiyini açıqladı. Faciə yoxdur, amma bu, elementlərdən biridir. Eynilə Krımın ətrafındakı ərazi sularında balıq tutmaq üçün Rusiyaya pul ödəmişik. Biz bunu etməyəcəyik, elə deyilmi? Yaponiya da eyni şeyi edəcək”, – səfir bildirib.
Onun sözlərinə görə, Rusiya Kuril adalarına görə böyük problemlər yaşayacaq, hətta bu, hərbi əməliyyatalara belə gətirib çıxaracaq.