Yaponiya Kuril adalarına səfərləri bərpa etmək istəyir

Yaponiya Kuril adalarına səfərləri bərpa etmək istəyir

Yaponiya hökuməti vətəndaşlarının Kuril adalarına öz əcdadlarının məzarlarını ziyarətini bərpa edə bilmək üçün səylərini davam etdirəcək.

AzerTimes xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.

Onun sözlərinə görə, bu, Tokio üçün prioritet məsələlərdən biri olaraq qalır:

“Kuril adalarının cənub hissəsinin keçmiş sakinlərinin gözləntilərini doğrulatmaq istərdik. Biz çalışırıq ki, Rusiya tərəfindən adaya səfərlərin bərpasına nail olaq. Xüsusən də dəfn yerlərini ziyarət etmək məqsədlə səfərlərin təşkilini həyata keçirə bilək”.

Teqlər: