İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bazar günü Tokioya səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, iranlı nazir Tokioya səfəri zamanı Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşəcək.
Söhbət zamanı Ukraynadakı müharibə müzakirə olunacaq. Xüsusilə, Kişida İrandan Rusiyaya silah tədarükünü dayandırmasını xahiş edəcək.