Tokio rəhbərliyi şəhərdə yeraltı sığınacaqlar yaratmaq qərarına gəlib. Onlar paytaxt sakinlərini raket hücumlarından qoruyacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Yomiuri” məlumat yayıb.
Məlumata görə, hakimiyyət hücum zamanı əhalinin sığınacağı üçün 56 min təhlükəsiz yer tikməyi planlaşdırır:
“Bununla belə, hücum davam edərsə və ya daha da intensivləşərsə, sözügedən sığınacaqlar həddən artıq izdihamlı ola bilər və hər kəsin təhlükəsizliyini təmin edə bilməz. Su və qida ilə yanaşı, uzun müddət qalma ehtimalını təmin etmək üçün sığınacaqlar havalandırma avadanlığı, qəza elektrik təchizatı, rabitə vasitələri və s. ilə təmin olunacaq. Tokioda yeraltı sığınacaqların tikintisi baha başa gəlir və bütün paytaxtda onları quraşdırmaq çətin olacaq. Hökumət ümid edir ki, özəl sektor bu məsələdə köməklik göstərəcək. Məsələn, şirkətlər öz binalarında hücum zamanı sığınacaq kimi istifadə oluna biləcək yeraltı “ev”qura bilər”.