Yaponiya Hava Yolları (JAL) 2022-ci ildə zibillərdən əldə olunmuş bioloji yanacaq mayesindən təyyarələrdə istifadə edəcək.
Ev tullantılarından əldə olunan yanacaq təcrübədən keçirilib və iki il sonra daimi şəkildə istifadəsi mümkündür.
Ən böyük aviaşirkət olan All Nippon Airways (ANA) isə 2023-cü ildə bu üsula əl atacaq. Bununla da, havanın karbonla çirklənməsinin qarşısı nisbətən alınacaq.