Yaponiya Rusiyaya yeni sanksiyalar paketini, o cümlədən 57 şirkət üçün ixrac məhdudiyyətlərini qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
“Gələn ilin əvvəlindən qeyri-sənaye məqsədləri üçün almazların idxalı qadağan ediləcək. İxrac məhdudiyyətlərinə məruz qalan şirkətlərin siyahısına sənaye, aviasiya, müdafiə, gəmiqayırma və tədqiqat müəssisələri daxildir”, – məlumatda deyilir.
Qeyd olunur ki, Yaponiya Rusiyaya məhdudiyyətləri aşmağa kömək edən xarici şirkətlərə qarşı da sanksiyalar tətbiq edir:
“BƏƏ-dən iki, Ermənistandan bir, Suriyadan bir və Özbəkistandan iki şirkətə sanksiyalar tətbiq edilir”.