Bu gün orbitə buraxılan səkkiz peyki olan “Epsilon” raket daşıyıcısı uzaqdan məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi məlumat yayıb.
“Raketin verilmiş trayektoriyadan yayınması səbəbindən peykləri orbitə çıxara bilməyəcəyimizi anladıq və onu məhv etmək qərarına gəldik”, – məlumatda bildirilib.
Bildirilir ki, “Epsilon” orbitə səkkiz peyk çıxarmalı, o cümlədən çəkisi 110 kq olan RAISE-3 innovativ texnologiyaların sınaqdan keçirilməsində istifadə edilməli idi.