Yaponiya daha 7 nüvə reaktorunu işə salacaq

Yaponiya daha 7 nüvə reaktorunu işə salacaq

Yaponiya 2023-cü ilin yayından etibarən daha 7 nüvə reaktorunu yenidən işə salacaq.

AzerTimes xəbər verir ki, bu barədə Yaponiya Baş naziri Fumio Kişida məlumat verib.

Onun sözlərinə görə, Yaponiya hökumətinin nüvə reaktorlarını işə salmasının səbəbi ölkənin elektrik şəbəkəsi sahəsinə yeni yüklənmənin qarşısını almaq və enerji idxalı asılılığını azaltmaqdır.

Qeyd edək ki, 2011-ci ildə Fukuşima-1 AES-də baş verən qəzadan sonra yenidən işə salınan nüvə stansiyalarının sayı 17-ə yüksələcək.

Teqlər: