Yaponiyanı hərbi təhlükəsizlik bəyanatlarında və hərəkətlərində ehtiyatlı olmağa çağırırıq.
AzerTimes xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey məlumat verib.
Kefey bildirib ki, Yaponiya tərəfi ikitərəfli münasibətləri yenidən yoluna qaytarmaq üçün əməli addımlar atmalıdır:
“Yaponiyanın “Ağ Kitab”ının yeni variantı Çin haqqında yanlış təsəvvürlərə əsaslanıb. Pekinin hərbi təhlükəsini “bilərəkdən şişirdir”, regionda gərginliyi artırır. Həmçinin bu, Çinin daxili işlərinə kobud müdaxilədir”.