Yaponiya Şimali Koreyanın aprelin 13-də raket buraxılışı ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
AzerTimes xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.
“Bir gün əvvəl Şimali Koreyanın raket buraxılışından sonra biz BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb etdik”, – o bildirib.
Matsunonun sözlərinə görə, hazırda bu məsələ razılaşdırılır.