Yaponiya azad edilmiş ərazilərdə investisiyalarda maraqlıdır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Yaponiya Qarabağda bərpa işlərində və biznesin təşkil olunmasında iştirakda böyük maraq göstərir.

Bunu Trend-ə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycana Yaponiyadan 40-a yaxın investor və şirkət gəlib: “Onlar əsasən, kənd təsərrüfatı sahəsinə investisiyalarda maraqlıdır. Yaponiyalı investorların Azərbaycana səfəri mövcud layihələrlə və bu layihələrin reallaşdırıldığı konkret bölgələrlə tanışlığa xidmət edir. Eyni zamanda, bu səfərlər Azərbaycan şirkətləri üçün işgüzar münasibətlər qurmağa imkan yaradır”.

O, əlavə edib ki, yaponiyalı sahibkarlar Azərbaycanda tütün, fındıq, meyvə, meyvə suları və mürəbbə istehsalı və ixracı üzrə biznesin qurulmasına maraq göstərir: “Bizim konfederasiyamız yaponiyalı sahibkarlara azad edilmiş ərazilərdə imkanlar, investisiya mühiti və bu sahədə qanunvericilik barədə geniş məlumatlar təqdim edir”.


Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: