Xəbər - Orxan Nəbiyev – Trend:
Yaponiyanın “Japan Post” poçt şirkəti Avropa ölkələrinə
aviapoçtun göndərilməsini dayandırıb.
Trend-in
məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, bu qərar Avropa ölkələrinin Rusiya üzərindən
uçuşları dayandırması, eyni zamanda Rusiyanın da analoji addımı
atması ilə əlaqədar qəbul edilib.
Ümumilikdə aviapoçtun 18 ölkəyə, o cümlədən Almaniya, Fransa,
Belçikaya göndərilməsi dayandırılıb.
Şirkət eyni zamanda bildirib ki, Avropaya dəniz yolu ilə poçtun
göndərilməsi üçün bağlamaların qəbulunu davam etdirir.