Yaponiya Çinin artan hərbi fəaliyyətləri və yenilikləri, o cümlədən “ağıllı müharibə” haqqında hesabat dərc edib.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.
“Çinin hərbi meyilləri, müdafiə siyasəti Yaponiya və beynəlxalq ictimaiyyət də daxil olmaqla, region üçün ciddi narahatlıq doğuran məsələyə çevrilib və bu tendensiyalar son illərdə daha da güclənib”, – hesabatda deyilib.
Bildirilib ki, peyk məlumatları Pekin tərəfindən daha tez emal edilə və ötürülə bilər. Bu da döyüş gəmiləri, raket və nüvə başlıqlarının hədəf haqqında daha yaxşı məlumat almasına imkan verir.