Yaponiya Müdafiə Nazirliyinin illik hesabatında (“Ağ Kitab”) Rusiya ilk dəfə olaraq Avropanın təhlükəsizliyinə yeganə təhdid adlandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiya hökumətinin hesabatında qeyd olunub.
“Rusiyanın xarici fəaliyyəti, Ukraynaya təcavüzü beynəlxalq nizamın əsaslarını sarsıdır və bu da Avropa istiqamətində ən ciddi, üstəlik, ən yaxın təhlükədir”, – hesabatda bildirilib.