Yaponiya ABŞ-la birgə təlimlərə başladı

Yaponiya ABŞ-la birgə təlimlərə başladı

Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında ABŞ Hərbi Hava Qüvvələri ilə birgə atəş təlimləri başlayıb.

AzerTimes TASS-a istinadən xəbər verir ki, iki mindən çox insanın iştirak etdiyi təlimlər çərçivəsində “Javelin” tank əleyhinə raket komplekslərinin köməyi ilə hədəflərin vurulması aparılır.

Qeyd olunur ki, bu komplekslərdən ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyadakı təlimləri zamanı ilk dəfə istifadə olunur.

Manevrlər sentyabrın 3-dək davam edəcək.

Teqlər: