Moskva Şəhər Məhkəməsi “Yaponçik” kimi tanınan kriminal avtoritet Vyaçeslav İvankovun qətlinin iştirakçılarından biri Nuqzar Papavaya hökm oxuyub.
AzerTimes xəbər verir ki, bu barədə Moskva prokurorluğundan məlumat verilib.
“Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, Papavanın cəzasını ciddi rejimli islah düşərgəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, rus mafiyasının lideri hesab olunan Yaponçik 2009-cu ildə snayper atəşi nəticəsində öldürülüb.