Yapon nazir çinli həmkarı ilə görüşdü, narazılığını bildirdi

Yapon nazir çinli həmkarı ilə görüşdü, narazılığını bildirdi

Yaponiya xarici işlər naziri Yoko Kamikava Cənubi Koreyanın Busan şəhərində çinli həmkarı Vanq Yi ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nazir Şərqi Çin dənizindəki, o cümlədən mübahisəli Senkaku adaları ilə bağlı vəziyyətdən, habelə Çinin Yaponiya yaxınlığında, o cümlədən Rusiya ilə əməkdaşlıq çərçivəsində hərbi fəaliyyətinin intensivləşməsindən ciddi narahatlığını ifadə edib”, – məlumatda qeyd olunub.

Teqlər: