Yaponiyada koronavirusun delta ştammının özunü məhv etdiyi və bunun ölkədə COVID-19 hallarının azalmasına səbəb olduğu ehtimal edilir.
AzerTimes-ın məlumatına görə, yerli alimlər hesab edir ki, nsp14 zülalı zədələnmiş virusun yayılma xüsusiyyətləri daha aşağıdır ki, bu da koronavirusa yoluxanların sayını azaldan amillərdən biri ola bilər.
Yaponiyada COVID-19-a yoluxma hallarında azalma, gündə rekord sayda – demək olar ki, 26 min nəfərin aşkarlanmasından üç ay sonra müşahidə olunmağa başladı. Məlumatf görə, ölkədə yoluxanların sayı sutkalıq 200 nəfərə düşüb, noyabrın 7-də isə koronavirusdan ölüm halı qeydə alınmayıb.