Yapon alimlər robotlara insan dərisi “geyindirir”

Yapon alimlər robotlara insan dərisi “geyindirir”

Tokio Universitetinin tədqiqatçıları robotlarda insanabənzər üz ifadələri yaratmağa imkan verən yeni üsul kəşf ediblər.

AzerTimes xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

Məlumata görə, alimlər laboratoriyada yetişdirilmiş insan dərisi ilə eksperiment aparıb, həqiqi insan dərisi ilə robotların üzündə real təbəssüm yaratmağa çalışıblar.

Belə ki, robotlara transplantasiya üçün nəzərdə tutulan dəri insan bağlarını kopyalayaraq zədələndiyi zaman özünü bərpa edə bilir.

Alimlər bu kəşf ilə yaradılan robotların daha çox insanı xatırladacağını, onlara hissetmə imkanları gətirəcəyini, həmçinin kosmetika sahəsində, plastik cərrahların hazırlanmasında daha böyük nəaliyyətlər əldə edəcəklərini bildiriblər.

Teqlər: