YAP Xəzər rayon təşkilatında qazilər və şəhid ailələri ilə görüş keçirilib (FOTO)

Noyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının qərargahında Vətən müharibəsində yaralanmış qazilərlə, şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə Dövlət Himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bütün qazilərə şəfa dilənib.

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qonaqları salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Namiq Əhmədov şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bütün Azərbaycan xalqı adından bir daha sonsuz minnətdarlığımızı bildirik.


Tədbirdə çıxış edən Millət vəkili Rauf Əliyev bildirib ki, onlar Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Bununla belə, Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc verib. Bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi.

Görüşdə Şəhid Heybətov Ağa Əmi, Məmmədov Nahid və Əliyev Muradın valideynlərinə medallar təqdim edilib. Sonda qazilər, şəhid ailələri dinlənilib, onların sual və təklifləri nəzərə alınıb. Vətən müharibəsi iştirakçıları, Şəhid ailələri isə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Ardınca səmimi söhbətlər aparılıb və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb. Qazilər, Şəhidlərimizin ailə üzvləri onlara və ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Rauf Əliyev şəhidimizin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanıblar.

Teqlər: