YAP Xəzər rayon təşkilatı videoformatda tədbir keçirib (FOTO)

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar videoformatda tədbir keçirib.

AzerTimes-ın məlumatına görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, 15 iyun müstəqil dövlətimizin ən önəmli tarixlərindən biridir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmiz ağır bir sınaqdan üzüağ çıxmağı bacardı. Azərbaycanda daxili siyasi sabitlik bərpa olundu, dövlətimiz inkişaf mərhələsinə qədəm qoydu.

Daha sonra çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın müstəqil inkişaf yolu məhz 1993-cü ilin 15 iyunundan başlayır.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov bildirdilər ki, 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıcı idi. 1993-cü ilin birinci yarısında həm dövlətçiliyimiz, həm xalqımız, həm cəmiyyətimiz, həm də milli-mənəvi dəyərlərimiz uçurumun kənarında idi, siyasi-iqtisadi tənəzzülün bir addımlığında dayanmışdıq. Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Bu tarix, Ulu öndər Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. Böyük qayıdış milli istiqlaliyyətimizi və azadlığımızı özümüzə qaytardı, inkişaf yoluna qədəm qoyuldu. Bu gün həmin inkişaf Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib və dövlətimiz günü-gündən güclənir, qüdrətlənir.

Daha sonra çıxış edən 183 nömrəli tam orta məktəbin direktoru Rəhilə Abbasova da Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən və ölkəmizin əldə etdiyi inkişafdan danışıb.

Teqlər: