Sıralarında 16 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan
Partiyası (YAP) Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının
sayını artırır. Belə ki, fevralın 17-də YAP Xətai rayon təşkilatı
ərazi partiya təşkilatlarının sırasına daha biri – Xudu Məmmədov
küçəsi 3 ünvanında yerləşən ərazi partiya təşkilatı daxil olub.
Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində
uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan
Partiyasının keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan nüfuzundan
və mövqeyindən geniş bəhs edib. Bildirib ki, partiya fəaliyyətində
daim yeniləşməyə, müasirləşməyə, təkmilləşməyə xüsusi önəm verir:
“YAP-ın ötən il tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda
keçirilən VII qurultayında dövlət başçısı İlham Əliyevin proqram
xarakterli nitqi qarşıya yeni-yeni vəzifələr qoydu. Hər dövrün,
zamanın öz tələbləri vardır. Yeni Azərbaycan Partiyası VII
qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi
qüvvə olduğunu nümayiş etdirdi. Partiya 30 illik yubileyini Zəfər
ab-havasında qeyd edəcək, ötən illərin uğurları fonunda yeni-yeni
hədəfləri müəyyənləşdirməklə Qarabağlı və Şərqi Zəngəzurlu
Azərbaycanın dayanıqlı inkişafına, daha da qüdrətlənməsinə öz böyük
töhfələrini verəcək. Müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali
Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi
partiyada təmsil olunmaq hər bir üzv üçün böyük qürurdur.”
Sonra təşkilati məsələyə baxılıb. Azər Əsədov ilkin olaraq 83
nəfər YAP üzvünü birləşdirən Xudu Məmmədov 3 ünvanında yerləşən
ərazi partiya təşkilatının sədri, Sədrəddin İmanov isə sədr müavini
seçiliblər.