YAP Özbəkistanın hakim partiyası ilə memorandum imzaladı

YAP Özbəkistanın hakim partiyası ilə memorandum imzaladı

Yeni Azərbaycan Partiyası (YAP) ilə Özbəkistan Liberal Demokratik Partiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

AzerTimes xəbər verir ki, sənədi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Azərbaycanda səfərdə olan Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədri Aktam Xaitov imzalayıb.

Memorandum Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamənin həyata keçirilməsinə xidmət edəcək.

A.Xaitov bildirib ki, bu memorandumun imzalanması iki struktur arasında yeni əməkdaşlıq prosesinə start verir:

“İndi memorandum çərçivəsində biz əməkdaşlıq edə, təcrübə mübadiləsi və təşkilati məsələlər üzrə partiyalararası müzakirələr apara, partiyalararası əlaqələri inkişaf etdirə biləcəyik”.

Teqlər: