Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin bu gün keçirilən iclasında 1 sentyabrda baş tutacaq parlament seçkilərinə namizədlər müəyyənləşib və Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun namizədliyi irəli sürülməyib.
AzerTimes TNS-ə istinadla xəbər verir ki, Vasif Talıbovun ötən seçkidə deputat seçildiyi 1 saylı Şərur-Sədərək seçki dairəsindən 6-cı çağırış Milli Məcisin deputatı, parlament sədrinin sabiq birinci müavini Ziyafət Əsgərovun namizədliyi irəli sürülüb.