YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri…

YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri…

Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar Prezident seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

AzerTimes xəbər verir ki, bununla bağlı məsələni MSK katibi Arifə Muxtarova təqdim edib.

Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Qərar müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Teqlər: