11:15
Bu dəqiqələrdə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qapalı iclası keçirilir.
AzerTimes xəbər verir ki, iclasda hakim partiyanın növbədənkənar parlament seçkilərində namizədlərinin müəyyən ediləcəyi gözlənilir.
***
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası bitib.
İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlər müəyyənləşib.
Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.