Yeni Azərbaycan Partiyası (YAP) 2021-ci il üzrə gəlir və
xərclərini açıqlayıb.
AzerTimes-ın məlumatına görə, ötən il partiyanın gəlirləri 13 156
300 manat, xərcləri isə 10 649 516 manat təşkil edib.
2021-ci ildə dövlət büdcəsindən YAP-a 1 888 232 manat vəsait
ayrılıb.
Hesabat dövründə partiyanın uzunmüddətli aktivləri 19 852 254
manat olub.