YAP Gəncə şəhər təşkilatında “Gəncə İş Adamları İctimai Birliyinin” təşəbbüsü ilə sahibkarlarla görüş keçirilib (FOTO)

YAP Gəncə şəhər Təşkilatının və “Gəncə İş Adamları” İctimai
Birliyinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli
Məclisin deputatı Müşfiq Cəfərov, “Gəncə İş Adamları” İctimai
Birliyinin sədri Zəfər Məmmədov, “BSC” (Business Service Centre)
MMC – nin direktoru Zaur Mütəllimov, BMT-nin layihələr üzrə
koordinatoru İlkin Əliyev və 60-dan çox sahibkar iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin
bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov çıxış edərək,
ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitin
yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılmasından
danışıb. Ramil Orucov qeyd edib ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq
həyata keçirilən iqtisadi inkişaf strategiyasını, ölkə
iqtisadiyyatının davamlı və tarazlı inkişafını təmin edir.
Regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi
inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və
qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla
yerinə yetirilməkdədir. Hazırda bu sahədəki siyasət sahibkarlığa
dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinə yönəldilib.
Sevindirici haldır ki, Gəncə şəhərində fəaliyyət göstərən
sahibkarlar, iş adamları ölkəmizdə gedən bu uğurlu prosesdə
yaxından iştirak edirlər.

“Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov qısa
zaman ərzində fəaliyyətə başlamasına baxmayaraq Birliyin bir sıra
dövlət və özəl qurumlarla, səfirlik, xarici ticarət palataları və
beynəlxalq təşkilatları ilə əməkdaşlıq etməyə başlamasından,
sahibkarların maarifləndirilməsi istiqamətində atdığı addımlardan,
həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, “Gəncə İş
Adamları” İctimai Birliyinin əsas məqsədlərindən birinin iqtisadi,
sosial və digər sahələrdə davamlı inkişafı təmin etməklə yanaşı,
sahibkarlarının fəaliyyətinin səmərəli təşkilinin real bazar
mühitində formalaşmasına şərait yaradan layihələr hazırlamaq və
dəstək olmaqdır.

Tədbirdə “Gəncə İş Adamları” İctimai Birliyinin fəaliyyətindən
bəhs edən videoçarx nümayiş etdirilib.

Milli Məclisin deputatı Müşfiq Çəfərov, BSC Consultingin
direktoru Zaur Mütəllimov, BMT-nin layihələr üzrə koordinatoru
İlkin Əliyev çıxış edərək, Azərbaycan dövlətinin artan gücündən,
özəl sektorların, sahibkarların ölkəmizdə gedən uğurlu proseslərdən
bəhrələnməsindən danışıblar.

Təlimçilər BSC ASAN xidmət layihə rəhbəri Nahid İbrahim, BSC
şirkətinin layihə rəhbəri Elxan Babayev Vergi Məcəlləsin edilən
dəyişikliklərdən danışıb, Mənfəət və Gəlir vergisi, vergi
qanunvericiliyinin pozulmasına dair məsuliyyət, sahibkarlıq
subyektlərinin öhdəliklərindəki dəyişiklik və bazar qiyməti, vergi
məcəlləsində edilmiş digər dəyişiklərlə bağlı iştirakçılara məlumat
veriblər.

Daha sonra tədbir iştirakçılarının Vergi Məcəlləsinin ayrı-ayrı
maddələri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Teqlər: