Xəbər - Elçin Mehdiyev – Trend:
Yeni Azərbaycan Partiyasında yeni şöbə yaradılıb.
Bu barədə AzerTimes-a YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.
H.Paşayev bildirib ki, YAP-ın VII qurultayında qəbul edilmiş yeni nizamnaməyə əsasən, Qadınlar Şurasının fəaliyyətinə xitam verilib.
Onun sözlərinə görə, qadın siyasəti, qadınlarla iş fəaliyyətini Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında yaradılan Gender siyasəti şöbəsi həyata keçirəcək.