Yanvarın 28-dən “AzərSpace” üzərindən yayım HD formata keçiriləcək

28 yanvar 2022-ci il tarixdən etibarən “AzərSpace” peyki üzərindən ümumölkə və peyk televiziya kanallarının yayımının SD formatdan HD formata keçirilməsi nəzərdə tutulur.

Bu barədə AzerTimes-a Milli Televiziya və Radio Şurasından məlumat verilib.


Bu məqsədlə qeyd olunan texniki parametrlərdən istifadə olunacaq:

  • Frequency: 11175
  • Symbol Rate: 30000
  • Polarization: Horizontal
  • FEC: 3 / 4.
Teqlər: