Yanvarın 1-dən hibrid avtomobillərin satışı ƏDV-dən azad edilir

Gələn il yanvarın 1-dən Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin satışı ƏDV-dən azad edilir.

AzerTimes xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İndiyədək elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.

Həmçinin, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir.

Teqlər: