Yanvarda 2717-dən çox nikah bağlanılıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 2717 nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, yanvarda 1179 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 3,2, boşanmaların sayı isə 1,4 olub.


Teqlər: