Yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 25,4 faiz artıb

Xəbər - Çingiz Səfərli -Trend:

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AzerTimes-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.

2021-cu ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (108,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl ikinci (87,4 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (87 milyon ABŞ dolları) yerdə qərarlaşıb.


2021-ci ilin yanvar-may ayları ərzində Rusiyaya 279,5 milyon, Türkiyəyə 255 milyon, İsveçrəyə 91,1 milyon, Gürcüstana 69,1 milyon və ABŞ 29,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Teqlər: