Yanvar görüşündə 8 kənd müzakirə ediləcək? – Mgerin cavabı

Yanvar görüşündə 8 kənd müzakirə ediləcək? – Mgerin cavabı

Ermənistanla Azərbaycan arasında Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının və Azərbaycanla Ermənistan arasında Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının qarşıdan gələn iclasında, ilkin razılaşmalarımıza görə, biz komissiyaların birgə fəaliyyətinin əsasnaməsi məsələsini müzakirə etməliyik.

AzerTimes xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan delimitasiya komissiyalarının qarşıdakı iclasında 8 kəndlə bağlı məsələnin müzakirə olunub-olunmayacağı sualına cavab verərkən deyib.

8 kəndlə bağlı məsələnin müzakirə olunub-olunmayacağı ilə bağlı dəqiqləşdirici suala isə Qriqoryan cavab verib ki, əlavə edəcək heç nə yoxdur və sualı artıq cavablandırıb.

Qeyd edək ki, delimitasiya komissiyalarının görüşünün yanvarın sonunda keçiriləcəyi gözlənilir.

Teqlər: