Yanvar ayında ixrac 90 faiz artıb – Mikayıl Cabbarov

Yanvar ayında ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə
90,1%, qeyri-neft sektoru üzrə ixrac isə 59% artıb.

AzerTimes-ın məlumatına görə,
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində
bildirib.


“Bu, ölkə iqtisadiyyatının diversifikasiyasının davam
etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış
imkanlarının təşviqinin uğurlu nəticəsidir”, – nazir
vurğulayıb.

Teqlər: