Yanvar ayında Azərbaycana 74 min turist gəlib

Xəbər - Elçin Mehdiyev – Trend:

2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın
128 ölkəsindən 74,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs
gəlib.

AzerTimes-ın məlumatına görə, gələnlərin 35,3 faizi Rusiya
Federasiyası, 24,1 faizi Türkiyə, 12,9 faizi İran, 5,6 faizi
Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb
Əmirlikləri, 2,1 faizi Ukrayna, hər birindən 1,1 faiz olmaqla Böyük
Britaniya və Küveyt, 0,9 faizi Qazaxıstan, 0,8 faizi Oman, hər
birindən 0,6 faiz olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən
0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin
vətəndaşları olub. Gələnlərin 81,2 faizini kişilər, 18,8 faizini
qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Birləşmiş Ərəb
Əmirliklərindən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından
– 438,9 dəfə, Küveytdən – 104,8 dəfə, Hindistandan – 8,9 dəfə,
Pakistandan – 8,5 dəfə, İsraildən – 7,1 dəfə, ABŞ-dan – 3,0 dəfə,
Qazaxıstandan – 2,7 dəfə, Rusiya Federasiyasından – 2,1 dəfə,
Ukraynadan – 2,0 dəfə, İrandan – 2,0 dəfə, Fransadan – 2,0 dəfə,
Türkiyədən – 1,7 dəfə, Böyük Britaniyadan – 1,5 dəfə artıb,
Gürcüstandan gələnlərin sayı isə 3,0 faiz azalıb.

2021-ci ilin yanvar ayı ilə müqayisədə körfəz ölkələrindən
gələnlərin sayı 3,4 dəfə artaraq 16,5 min nəfər, MDB ölkələrindən
gələnlərin sayı 2,0 dəfə artaraq 29,5 min nəfər, Avropa İttifaqına
üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 2,8 min nəfər
olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 42,4
faizi dəmir yolu və avtomobil, 55,5 faizi hava, 2,1 faizi isə dəniz
nəqliyyatından istifadə edib.

Teqlər: