Yanğınlar səbəbindən Türkiyəyə nə qədər zərər dəyib? – Çavuşoğlu rəqəmləri açıqladı

Xəbər - Çingiz Səfərli – Trend:

Antalyadakı yanğınlar tamamilə lokallaşdırılıb. 1238 mülkdə ümumilikdə 34 milyon 596 min lirə məbləğində zərər müəyyən edilib.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanğınlarla əlaqədar keçirilən brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, 58 məhəllədə 3 min 231 bina yanğından zərər görüb:

“Ağır zərər dəymiş binalarımız sökülüb, yerində yeniləri tikiləcək. Az zərər görənlər isə bərpa olunacaq. Vətəndaşlarımızın müvəqqqəti sığınacağa ehtiyacı var. 400 yaşayış konteynerindən 200-ü qurulub. Həmçinin 93 nəqliyyat vasitəsi yanıb. Bunlardan 16-sı traktordur. 4-ünü almışıq, 12 traktorun da verilməsi üçün sənədləşmələrə başlanılacaq. Nəqliyyat vasitələrinə dəymiş ümumi zərər 2 milyon 55 min lirədir. Digər tərəfdən heyvandarlıq və əkinçilik sahələri də yanğınların təsirinə məruz qalıb. Heyvandarlığıa 11 milyon lirəlik zərrər dəyib”.

Twitter:@cingizsafarli