Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir

Xəbər - Fərid Zöhrabov -Trend:

İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq
ərazisində gecə saatlarında baş verən yanğın Ekologiya və Təbii
Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları
tərəfindən söndürülsə də, lakin səhər saatlarında külək nəticəsində
bəzi hissələrdə yenidən alovlanma baş verib.

Trend xəbər verir ki,
bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin
Əliyev bildirib.


O qeyd edib ki, hazırda İlisu Dövlət Təbiət Qoruğunun
əməkdaşları və kənd sakinləri tərəfindən dağlıq və çətin relyefli
ərazidə əl əməyindən istifadə olunmaqla alovlanan və közərən
sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

Teqlər: