Yanğının digər ərazilərə yayılmasının qarşısı alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“1500 hektar ərazini əhatə edən yanğının insan tələfatına səbəb olmaması üçün lazımi tədbirlər görülüb”, – deyə Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, vətəndaşlar havanın temperaturunun yüksəldiyi yay günlərində diqqətli olmalıdırlar.
Qeyd edək ki, dünən Çanaqqalada baş verən meşə yanğını böyük əraziyə zərər vurub.