Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib.
Onun sözlərinə görə, artıq yanğının tam söndürülməsi üçün işlər görülür:
“Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş verdiyi əraziyə yaxın fərdi yaşayış evlərinə cüzi olsa da ziyan dəyib. Əsas məqsədimiz yanğının tam söndürülməsinə nail olmaqdır”.